Bəs onda niyə ərə getmisən?!

Aile.lent.az psixoterapevt Şəbnəm Sadıqovanın məqaləsini təqdim edir.

 

Cinsi sıxıntıları olan, daha dəqiq, vaginizmdən əziyyət çəkən xanmların ən çox eşitdiyi qınayıcı sualdır bu: “Əgər eləyə bilmirsənsə, onda niyə ərə gedirdin?! Oturmuşdun da atanın evində!” 

Bu sualı ona istiqamətləndirən xala, rəfiqə, qonşu, qayınana və s. olduğu kimi, həkimlər də siyahıya qatılır. Sonuncunu təəssüf hissi ilə yazıram. Çünki xüsusilə cinsi problemlərimiz varsa, birinə bu haqda danışmaq olduqca çətindir. Özümüzü toplayıb həkimə getmək isə daha da çətindir. Nə ilə üzləşəcəyimizi əvvəlcədən bilmərik. Hələ üstəlik, tam da cəsarətimizi toplamışkən, həkimdən belə qınayıcı bir reaksiya gördüyümüzdə, qəlbimizlə yanaşı, motivasiyamız da qırılmış olur. Siz buna, ümidi də əlavə edə bilərsiniz.

Bir az balansı qorumaq istəyirəm. Qadınların cinsi sıxıntılarından yazarkən, kişiləri unutmuşam zənn etməyin. Hər hansısa bir cinsi sıxıntı yaşayan kişilər də sanki kişiliklərindən bir şey əskilmiş kimi hiss edirlər özlərini. Bu haqda mütəxəssisə müraciət etmək onlar üçün də zaman alır. Qınanmaqdan, damğalanmaqdan qorxarlar. Çünki onlar da nə ilə üzləşəcəklərini əvvəlcədən bilməzlər.

Bu sıraya yoldaşının cinsi problemi üçün (qadın və ya kişi) mütəxəssisə gedən şəxsləri də daxil edə bilirik. Etika və əxlaqı bir yana qoyaq, intellektual bacarıqlara belə zidd olan nitqlə üzləşirlər (Məsələn: sən buna neylədin ki, bu vəziyyətə düşdü?; Sən özün problemlisən, onun boynuna yıxma və s).

Ölkəmizdə hər 5 cütlükdən 4-nün qarşılaşdığı bəzi cinsi problemlər vardır. Lakin onların şikayətinə uyğun, düzgün yanaşma olmaya bilir. Ya da bu şikayətlərlə kimə müraciət etmək lazım olduğunu bilməyə bilərlər. Hələ ki, ölkəmizdə cinsi diaqnostika və müalicə sahəsi tam inkişaf etməmişdir, mütəxəssis sayı olduqca azdır. Bu sahəyə aid olan şikayətlərə həkimlər aşina olmaya bilərlər. Və ya düzgün diaqnoz qoyduğu halda, müalicəsi üçün nə etmək lazım olduğunu bilməyə bilər. Bu hallar da pasientin çarə axtarışında, sıxıntılarla üzləşməyinə səbəb olur.


Bütün bunlardan yükünüzü bir az da olsa azaltmaq üçün utanmadan-sıxılmadan, araşdırma ruhunuzu gücləndirərək, partnyorunuzla/yoldaşınızla bərabər çıxış yolları axtarmaq faydalı olacaqdır. Cinsi problemlərin həlli üçün düzgün mütəxəssisi tapmaq nə qədər vacibdirsə, partnyorun dəstəyi də bir o qədər önəmlidir. Cütlük müalicəyə bərabər qatıldıqları zaman müalicənin müddəti qısalmış olar.

Psixi sağlamlığınızın qayğısına qalmanız diləyilə…(shebnemsadigova.com)

 

LENT

27 Mart 2017
25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
22 Mart 2017
21 Mart 2017
20 Mart 2017
18 Mart 2017
17 Mart 2017