Kiçik mətbəxi böyük göstərməyin PRAKTİK ÜSULLARI

Mətbəxiniz kiçik, dar və qarışıqdırmı? Narahat olmayın. Evdə xanımların çox vaxt keçirdiyi bu məkanı geniş, daha rahat etmək mümkündür. Aile.lent.az bunun bir neçə yolu ilə sizi tanış edir.

 

Açıq rənglər istifadə etmək

 

Ağ və digər açıq rənglər işığı əks etdirdiyi üçün mətbəxi böyük göstərəcək. Bir az rəng qatmaq istəsəniz, rəngli stol, stul və kətillərə yer verin.

 

Açıq rəflərə şans verin

 

Mətbəxdə qapaqlı şkaflar görməyə adət etmişik. Ancaq açıq rəflər mətbəxinizin nəfəs almasını təmin edəcək. Yalnız tozunu almağa laqeyd yanaşmayın.

 

Şüşə qapaqlara üstünlük verin

 

Açıq rəflər mövzusunda tərəddüdünüz varsa, mətbəxinizə dərinlik qazandırmaq üçün şüşə qapaqlı şkaflar seçə bilərsiniz.

 

Dəzgah üstü kəsmə taxta

 

Mətbəxinizdə tez-tez kəsmə taxta istifadə edirsinizsə, dəzgah üstü kəsmə taxta sizə uyğundur. Kəsmə taxtanı dəzgahdakı uyğun bir yerə, məsələn küncə qoya bilərsiniz.

 

Əl altında olmasını istədiklərinizi asqılara taxın

 

Kifayət qədər dolabınız və ya dolabınızda yer yoxdursa, əl altında olmasını istədiyiniz vəsaitləri divara asın.

 

Maqnitli asılqanınız olsun

 

Bıçağınız çoxdur və yer tutur? O zaman mətbəxinizin divarına maqnitli bir rəf düzəldin. Bıçaqlarınızı maqnitə düzərək daha az yer tutmasını təmin edə bilərsiniz.

 

Səbət istifadə edin

 

Kiçik zənbilləri dəzgah, şkafın içi və ya rəflərdə istifadə etməklə mətbəxinizi daha rahat hala gətirə bilərsiniz.

 

Dəzgahın üstünü rahatlandırın

 

Qəhvə bişirən və toster kimi alətlər dəzgahın vazkeçilməzləridir. Təməl ehtiyaclar xaricində çox qab və şüşə kimi vəsaitlər isə mətbəxi qarışıq və dar göstərir. Bunları dəzgahda mümkün olduqca az saxlayın.

 

LED işıqlandırma istifadə edin

 

Mətbəx dolablarının altına yerləşdirilən LED işıqlar mətbəxinizə fərqli ab-hava qata bilər.

LENT

23 May 2017
22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017
17 May 2017