Azərbaycanlı modelyer podiumda model obrazında – FOTOLAR

Bakıdakı Yunus Əmrə İnstitutu, Ankara Olqunlaşma İnstitutu, Gülnarə Xəlilovanın Moda Evi və Qazaxıstanın Qadın Moda Agentliyinin təşkil etdiyi "Ənənələrdən müasirliyədək" adlı türk qadın geyimlərinin nümayişi keçirilib. Aile.lent.az-ın məlumatına görə, tədbirə tanınmış ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri qatılıblar.

 

Mərasimdə çıxış edən Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım, Milli Məclisin deputatı Qənirə Paşayeva layihəyə yüksək qiymət verərək, türk milli dəyərlərinin qorunması və təbliğinin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, türk dünyasının tanınmış dizaynerlərinin iştirakı ilə keçirilən belə tədbirlər mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə, eləcə də milli geyimin təbliğatına xidmət edir. Gecədə Azərbaycan, Qazaxıstan, Türkiyə və  Qırğızıstanın tanınmış dizaynerlərin kolleksiyaları nümayiş olunub.

 

Moda gecəsi Gülnarə Xəlilovanın Mili Geyim Mərkəzinin Azərbaycanın milli dəyərlərini üzə çıxaran rəngarəng geyimlərdən ibarət kolleksiyanın nümayişi ilə açılıb. Bu kolleksiya Bakı I Avropa Oyunları ərəfəsində Londonda təqdim edilib. Kolleksiyanın əsas modeli modelyer özü olub.

 

Tədbirdə "Xalçaların dili" adlı kolleksiya da sərgilənib. Azərbaycanın xalça ornamentlərindən istifadə edilmiş müasir dizayn həlli olan "Xalçaların dili" kolleksiyası bu yaxınlarda Rumıniyada "Creative Industries Awards" ali mükafatına layiq görülüb.

 

LENT

21 İyul 2017
20 İyul 2017
19 İyul 2017
18 İyul 2017
17 İyul 2017