“... o zaman seks daha çox zövq verəcək” - Terapevt məsləhəti

Ön sevişmə xüsusilə də qadınlarda bədəni cinsi birləşməyə hazırlayan “isinmə mərhələsi”dir. Çoxları bunu faydalı hesab edir. Bəziləri isə yox. Məşhur terapevt Bez Stone bildirir ki, ön sevişmə ehtiva edən seks növü bir çox qadın və kişilərin sevdiyi seks növü deyil. O, ön sevişməni cinsi həyatınızdan çıxarmaq mövzusunda razı olacağınız 3 səbəb ortaya qoyub. Aile.lent.az mütəxəssisin ön sevişmə haqqında fikirləri və irəli sürdüyü səbəblərlə sizi tanış edir.

 

1. Ön sevişmə seksin son məqsədinin cinsi birləşmə olduğunu fərz etdirir

 

Cinsi birləşmə gözəldir. Seksdən ən çox həzz aldığınız hərarətli, ehtiraslı, doyumlu və iki insanın bir-biri ilə qovuşduğu məqamdır. Və seksin yalnız tək bir hissəsi heç də seksin özü ilə sinonim deyil: “Seksin bir çox fərqli hissələri var. Həqiqi doyuma çatmağın yolu bu bölgələri kəşf etməkdir. Əgər hər cinsi təmasın cinsi birləşmə ilə bitməsinin vacib olmasını beyninizdən çıxarsanız, o zaman seks sizə daha çox zövq verəcək”.

 

2. Seksin tərkibində hər hansı bir hədəfin olması qadının həzzini azaldır

 

Hədəflər və proqramlar işgüzar görüşlər və ya idman məşqləri baxımından vacibdir. Ancaq söhbət qadınlarla seksdən gedirsə, hədəflər qadının seks impulsunu aşağı salır:“Bu, heç də qadınların seksi sevməməsi demək deyil. Yalnız “bitmə xətti”nə doğru tələsik irəliləyən cinsi birləşmə bir çox qadın üçün maraqlı, cazibədar və həzzverici deyil. Hədəflərin diqqəti bədəndən zehnə doğru yönləndirir və bütün diqqəti cinsi birləşmə hədəfinə yönəltmək qadının həzz almasından çox fiziki təzyiqə məruz qalmasına səbəb olur”.

 

Mütəxəssis bildirir ki, kişilər yavaş davranmaqla qadına daha çox həzz verər.

 

 

3. Düsturlarla seks heç kim üçün qənaətbəxş deyil

 

Ön sevişmənin ən xoşagəlməz tərəfi seksin hər dəfə eyni sıra ilə inkişaf etməsidir. Formal, şablon seks erotik bir romandan çox, yemək reseptləri olan kitabı xatırladır. Cinsi doyum isə bundan çox daha rəngarəng olmalıdır. Əgər bir resept varsa, o da peşəkara aid olmalıdır: “Çox sadə bir misal çəkək, ömrü boyu hər gecə tərəf müqabili ilə eyni söhbəti etməkdən zövq alan bir insan varmı dünyada? Gözəl, maraqlı bir söhbət olsa da, hər gecə, hər ay, hər il boyu təkrarlandıqda həyəcanını itirər. Bunun əvəzinə bir ssenari qurun. Seks həyatınızı bir-birindən fərqli etmək üçün hər gün bir ssenari qurmaq sizi daha çox həyəcanlandıracaq”.

 

Terapevt bir neçə nümunə də verir: “Məsələn, seks hər dəfə bitmə məcburiyyətində deyil. Bir dəfə də ortasında dayandırın. Seksi hər dəfə bitirmə məcburiyyətində hiss etmədikdə həyəcanınız daha çox olacaq. İkinci nümunə. Seks rituallarınız varmı? Seksə duşda başlayırsınız? Hər dəfə altda siz olursunuz? Seks haqqında inanclarınızı dəyişin, fərqliliklər edin”. 

LENT

28 İyun 2017
27 İyun 2017
26 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017