Qızıl, brilyantlarla bəzənmiş milyon dollarlıq çantalar...FOTOLAR

Çanta hər bir xanımın əvəzedilməz aksessuarıdır. Xüsusilə də dəblə ayaqlaşan qadınlar çantalara çox önəm verir. Hətta çantaya ağılasığmaz qədər pul xərcləyən cəsarətli xanımlar da az deyil. Lakin haqqında danışacağımız çantaları kiminsə alıb-almayacağına şübhəmiz var. Siz bu çantaları ala bilməsəniz də, ən azı baxmaqla kifayətlənə bilərsiniz. Aile.lent.az dünyanın ən bahalı çantaları və onların qiymətlərilə sizi tanış edir.

 

“Louis Vuitton Tribute Patchwork” çanta - 52.500 dollar

 

Bu “Louis Vuitton” çox diqqət cəlb etməsə də, bir ikon olmağı bacardı. Bu çantanı ilk olaraq 2007-ci ildə Beyonsda gördük. Çanta ilk baxışda gözə elə də xoş dəymədi. Ancaq hekayəsi maraqlıdır. 14-cü Louis Vuitton çantasının bu qədər bahalı olmasına səbəb çantaların kəsilib yenidən çanta şəklində tikilməsidir.

 

“Hermes Graphite” timsah dərisindən çanta - 85.000 dollar

 

Bu çanta gözəlliyi və zərifliyi ilə qadınları ovsunlayır. “Hermes” markası kəmər, qalstuk, şərf, çanta, ev əşyası və bir çox başqa lüks aksessuar istehsal edir. Tünd qəhvəyi, parlaq və cazibədar timsah dərisindən hazırlanan bu çanta bir çox qadının xəyalıdır. Dünyanın hər yerində çanta həvəskarları bu keyfiyyəti ovucları arasında görmək və ona sahib ola bilmək üçün can atır. Bəlkə də bir çox adama 85 min dollar bahadır. Bu, bir həqiqətdir.

 

“LEIBER Precious Rose” - 92.000 dollar

 

Bu inanılmaz çanta 42,56 karat almazdan, çəhrayı sapfir və turmalindən hazırlanıb. Yəqin ki, onu almağın qeyri-mümkün olduğunu düşünürsünüz. Amma bilin ki, onu əllərinə alan da olacaq.

 

“Lana Marks Kleopatra” çantası - 100.000 Dollar

 

“Lana Marks” çantalarını qırmızı xalça çantaları adlandırmaq olar. Angelina Jolie, Helen Miren, Kate Uinslet, Charlize Theron və bir çox başqa məşhur götürüb. Lakin “Kleopatra” çantası digərlərindən çox fərqlidir. İlk dəfə bu çanta 2012-ci il “Oskar”ın təqdimetmə mərasimində Janet McTeer və Li BingBingin əllərində görünüb. Ekzotik dəridən hazırlanan, almazlarla bəzədilən çanta 18 ayar ağ qızıldan hazırlanıb. Bu gözəlliyə sahib olacaq pulunuz varsa belə, məhdud sayda istehsal edildiyi üçün almanız mümkün olmaya bilər.

 

“Hermes Mat Timsah Birkin” çantası - 120.000 dollar

 

Siyahıdakı digər bir “Hermes” çantasıdır. Əvvəl də dediyimiz kimi, “Hermes” lüks brendi əsasən çantalarıyla bir ikondur. Bu xüsusi çanta orijinal timsah dərisindən hazırlanıb. “Hermes Graphite”ni fərqli edən 30 sm almaz kəmərlər əhatə olunmasıdır. Eyni zamanda, bu çantada 10 karat ağ almaz da var. Bu xüsusiyyətlərinə görə, dünyanın ən çox axtarılan, amma nadir çantası olmağı bacarıb.

 

“Urban SATCHEL Louis Vuitton” çantası - 150.000 dollar

 

Bu unikal çanta 2008-ci ildə moda sənayesinə girib. Dünyada yalnız 14 ədəddir. Fərqli texnika və yollarla hazırlanıb. Hər birinin xüsusi, ayrı bir dizaynı olduğu dərhal hiss edilir. “Louis Vuitton”un ən bənzərsiz çantalarından birini özünüzə hədiyyə edə bilərsiniz.

 

“Chanel Diamond Forever classic” çantası - 261.000 dollar

 

“Chanel”ə aşiq olmayan qadın yoxdur. Buna səbəb “Chanel”in keyfiyyəti və unikal quruluşudur. Bu klassik çanta bütün zamanların ən yaxşı hazırlanmış “Chanel” çantasıdır. 2007-ci ildə bazara daxil olub və qısa zamanda dünyada daha çox diqqət cəlb edən çantalardan biri olmağı bacarıb. Dünyada yalnız 13 ədəd olan bu çanta son dərəcə bənzərsiz bir dizaynla hazırlanıb. 334 ədəd brilyant, 18 karat qızıl və ağ timsah dərisindən ərsəyə gəlib. Bax, buna görə də son dərəcə bahalıdır.

 

“Hermes Rouge H Porosus” çantası - 1.900.000 dollar

 

Bir başqa “Hermes” dizaynı olan bu çanta heyrətamiz dərəcədə bahalıdır. Timsah dərisindən hazırlanıb və nadir çantadır. Saysız almaz və 18 əyar ağ qızılla işlənib. 2011-ci ildən bu yana hazırlanmış xəyallara sığmayan bir dizayna malikdir. Bir çox çanta həvəskarları bu çantanı əldə etmək üçün hərracda iştirak edib və çanta 1 milyon 900 min dollara satılıb.

 

“Hermes Birkin Ginza Tanaka” çantası - 1.900.000 dollar

 

“Hermes Birkin” modeli yapon dizayner tərəfindən hazırlanıb. Bu çantanın qiymətinin bir milyon dollardan çox olma səbəbi 2.000 almaz və platindən hazırlanmasıdır. Çantanın daha bir  maraqlı və əyləncəli xüsusiyyəti asanlıqla çıxarılıb taxıla bilməsi, bilərzik və ya boyunbağı olaraq istifadə edilməsinə imkan yaradan almaz kəmərə malik olmasıdır. Eyni zamanda, çanta 8 karat armud şəkilli almaza malikdir.

 

“Hermes Rose Gold, Diamond Birkin and Kelly” çantaları - 1.900.000 dollar

 

“Hermes”in digər kreativ dizaynlı bu çanta modeli miniatür görünüşü ilə yanaşı, az qala bir qolbağı xatırladır. Gözqamaşdırıcı görünüşü var. Pierre Hardy tərəfindən hazırlanan bu çanta “Hermes”in “Haute Bijuteri” kolleksiyanın bir hissəsidir. Çantanın iki fərqli növü var: 11 min almazın iç-içə keçmiş zəncirlərlə toxunuşundan meydana gələn, 1160 ədəd almazdan və timsah dərisindən hazırlanmış məşhur “Kelly” çantalarının qızıl növü. Bu bənzərsiz çanta yalnız elit müştərilərə təqdim edilir. Hər iki növü bənzərsizdir.

 

 

“Hermes Chaine d'Ancre” - 2.000.000 dollar

 

Bu da işin ustası Pierre Hardy tərəfindən hazırlanan “Hermes Haute Bijuteri” kolleksiyanın başqa bir hissəsi. Hər kəsin tanıdığı məşhur dizayner bu çantaya unikal görünüş verməyi bacarıb. Xarici səthini örtən saysız ağ qızıl parçaları və 33.94 karat ekvivalenti olan 1160 ədəd almazdan ibarət sanki bir sənət əsəridir. Bu xüsusi dizaynı Hardy 2 ilə hazırlayıb.

 

“Mouawad 1001 gecə almazı" - 3.800.000 dollar

 

8 karat qızıldan hazırlanmış ürək şəkilli bu çantanın üzərində 381.92 karat dəyərində 4517 almaz, 105 sarı, 56 çəhrayı və 4376 ədəd rəngsiz qiymətli daş-qaş var. Mouawad eyni zamanda "Victorias Secret"in 11 milyon dollarlıq alt paltarının da dizayneridir. Hər iki sənət əsəri "Ginnesin Rekordlar kitabı"na düşüb.

 

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017
09 Avqust 2017