Musiqili Teatrın aktyoru Xocalı faciəsini Türkiyədə səhnələşdirib

 

Azrəbaycan Dövlət Musiqili Teatrının aktyoru Elçin İmanovun rejissoru olduğu Aygün Həsənoğlunun “Adsız qadın” mono-tamaşasının Türkiyədə premyerası keçirilib. Dövlət Musiqili Teatrından Aile.lent.az-a verilən məlumata görə, Xocalı qətliamından, Azərbaycan xalqının tarixi soyqırımından bəhs edən səhnə əsəri İstanbul Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə İstanbulda Üsküdar Kərəm Yılmazər Səhnəsində nümayiş olunub.

Mono-tamaşanın ifaçısı aktrisa Kəmalə Kamilqızıdır. Tamaşada Azərbaycan və türk musiqilərindən istifadə olunub. Azrəbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev İstanbul Azərbaycan Kültür Evinin dəvəti ilə “Adsız qadın” mono-tamaşasının premyerasında iştirak edib: “Xocalı dəhşətlərini, erməni vandallarının Xocalıda törətdiyi ağlasığmaz vəhşilikləri dünyaya bəyan etmək hər bir azırbaycanlının müqəddəs borcudur. Bu baxımdan “Adsız qadın” tamaşası, Xocalı faciəsinin bütün dəhşətləri ilə nümayişi böyük maraq doğurdu. Tamaşanın maraqlı cəhətlərindən biri də odur ki, teatr sənəti ilə kino sintez edilib. Tamaşa boyu özündə Xocalı dəhşətlərini əks etdirən sənədli kadrlardan istifadə olunub. “Adsız qadın” mono-tamaşa olsa da, mənfur qonşularımızın vəhşiliklərini daha da kəsərli nümayiş etdirmək üçün müəyyən kütləvi səhnələrdən istifadə edilib və bu səhnələrdə Türkiyədə yaşayan azərbaycanlılar, xüsusən tələbələr iştirak edirlər”.

 

Direktor bildirib ki, İstanbul Azərbaycan Kültür Evi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bu tamaşanı Türkiyənin ayrı-ayrı bölgələrində nümayiş etdirməyi planlaşdırır”. 

LENT

26 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017