Dərini yeniləyən nanəli MASKA

Əgər siz də təbii, evdə hazırlanmış maskalara üstünlük verirsinizsə, dərini yeniləyən və canlı saxlayan nanə maskası ilə tanış olmanızı məsləhət görərdik.

 

Ailem.az dərini yeniləyən nanə maskasını təqdim edir.

 

1 ədəd xiyar

1 yemək qaşığı evdə hazırlanmış qatıq

Yarım dəstə nanə

1 çay qaşığı təzə sıxılmış limon

 

Necə hazırlanır?

 

Bir kasanın içərisində qatıq, doğranmış nanə yarpaqları və limon suyunu qarışdırın. Xiyarları doğrayın. İstər əzin, istərsə də, maskanı çəkdikdən sonra dərinizə dilimlər halında qoyun. Hazırladığınız nanə maskasını əvvəlcədən yuduğunuz təmiz dərinizə çəkin. 15 dəqiqə gözləyib ilıq su ilə yuyun.

 

Qeyd: Nanə maskasını həftədə iki dəfə tətbiq edə bilərsiniz.

 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017