Yeni layihəyə hazırlaşan aparıcı transparan geyimdə - Fotolar

ANS telekanalından tanınan aparıcı Umka Hacıyeva yeni fotosessiya etdirib. Bunun yeni layihənin bir hissəsi olduğunu deyən Umkanın kifayət qədər dəyişildiyi də diqqətdən yayınmır. Xarici görünüşü ilə fərqlənməyə çalışan gənc aparıcı cazibədarlığını transparan geyimi ilə vurğulamağa çalışıb. Kifayət qədər arıqlayan Umka mütəmadi olaraq idmanla məşğul olduğunu etiraf edib: “Yeni layihə üzərində çalışırıq. Buna görə də dəyişilməli idim. Bəli, kifayət qədər arıqlamışam. Sirrimi oxuculara açacağam. Mən 3 ildir ki, peşəkar şəkildə idmanla məşğul oluram. Həmçinin çalışıram ki, idmançı pəhrizi saxlayım. Düzdür, idmançı olmağa hazırlaşmasam da, sağlamlığım və gözəlliyim üçün bu çox önəmlidir. Şəkillərim isə “Orxan Heydərov Studio”da lentə alınıb. Buna görə onlara təşəkkür edirəm”.

LENT

22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017
19 Aprel 2017
18 Aprel 2017
17 Aprel 2017