Bu ilin son dəb hadisəsi baş verəcək - Fotolar

 

Sabah, yəni dekabrın 21-də “Baku fashion nights-2016” (“Bakı moda gecəsi-2016”) moda festivalı keçiriləcək. Tədbirin əsas hədəfi Azərbaycanda böyüyən moda sənayesinin populyarlaşdırılması və istedadlı dizaynerlərin işlərinin nümayişi üçün uyğun şərtlərin yaradılmasıdır.

 

“Bakı moda gecəsi-2016”-da tanınmış modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın da yeni kolleksiyası nümayiş etdiriləcək. Modelyer Aile.lent.az-a açıqlamasında tədbirdə həm yerli, həm də xarici dizaynerlərin kolleksiyalarının nümayiş etdiriləcəyini deyib: “Bu layihə iki ildir həyata keçirilir. Təşkilatçısı “Fashion moda school” agentliyidir. “Bakı moda gecəsi” ildə iki dəfə keçirilir. Budəfəki nümayişdə 2017-ci ilin bahar kolleksiyaları nümayiş etdiriləcək. Bu layihədə iştirak etməklə çalışıram ki, moda sənayesində yeni addım atan gənc modelyerlərə dəstək olum”.

 

“Bakı moda gecəsi-2016”-da yeni kolleksiyaların nümayişindən əvvəl dizaynerlərin moda sərgisi olacaq. Hər bir iştirakçı dizayner öz stendində satış üçün hazırladığı kolleksiyanı təqdim edəcək: “Bu layihə də “Fashion bazar” adlanır. Bu addım onu göstərir ki, artıq Azərbaycan dizaynerlərə öz məhsullarını, yəni istehsal etdikləri geyimlərin satışı üçün də şərait yaradılır. Nəzərə alsaq ki, yeni il qabağı xanımlar özləri üçün yeni il üçün gözəl ziyafət geyimləri axtarırlar. Bu layihənin də mahiyyəti ondadır ki, dəbsevərlər bir məkanda bir çox Azərbaycan dizaynerlərinin kolleksiyaları ilə tanış olacaqlar və öz seçimlərini edə biləcəklər. Mən də “Fashion bazar” üçün maraqlı kolleksiya hazırladım. Bu podium üçün nəzərdə tutulan kolleksiya deyil. Burada tamamilə başqa geyim nümunələri yer alacaq”.

 

Moda festivalı Bakıda məşhur otellərdən birində saat 19:00-da keçiriləcək.

 

LENT

20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017