80 yaşlı manikenin bədənini görənlər şok olduFOTOLAR

Çində reallaşan moda həftəsində tamaşaçılar sürprizlə qarşılaşıb. Belə ki, builki moda həftəsində təşkilatçılar podiuma ötən əsrin 80-ci illərinin məşhur manikeni olan Deshun Wangı çıxarıblar.

 

Qocalıq, zəiflik, xəstəlik və ümidsizlik sanki məşhur manikenə qalib gələ bilməyib. Bir vaxtlar bütün gününü işə və podiuma həsr edən Deshun Wang indi gündə üç saat işləyir. Bədənini və zehnini yaxşı vəziyyətdə saxlamağa çalışmaq üçün davamlı yeniliklər edir. 80 yaşlı məşhur maniken yaşlı insanların həyatda əyləncəli və maraqlı şeylər etməkdən vaz keçməməyə çağırır.

 

Deshun Wang moda həftəsinə qatıldıqdan sonra bir daha məşhur olub və "Çinin ən şirin babası" ləqəbini alıb. Aile.lent.az 80 yaşlı manikenin fotolarını təqdim edir.

 

 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017