Yatağa çılpaq girirsə... - Kişinin şəxsiyyətini yatış formasından tanıyın

Sevgilinizin əsl şəxsiyyətinin yatış formasında gizləndiyini bilirsinizmi? Onu zövqlərindən tanımağa çalışmaq yerinə, gecə yatış formasına diqqət edin. Bir kişi yatış forması və yuxuda etdiyi hərəkətlərlə şəxsiyyəti haqqında mühüm məlumatlar verə bilər. Aile.lent.az həmin detalları təqdim edir. 

 

Dağ qurursa: Yastıqları üst-üstə qoyub möhkəm sarılan və örtüyünü burnunun üstünə qədər çəkərək yatan kişi gizli batil inancları olan, tez həyəcanlanan, yanlış fikirli və gələcəklə bağlı qorxuları olan bir xarakterə malikdir. Çətin anlarında onun yanında olduğunu hiss etdirməniz, qorxularını paylaşmanız və onu qurduğu fəlakət ssenarilərindən uzaqlaşdırıb gerçək həyata döndərməniz bu kişini sizə daha çox bağlayacaq.

 

Ünsiyyətdən qaçırsa: Onu qucaqlamaq bir kənara, hətta barmaq uclarınızla bədəninə belə, dəyəndə yata bilmirsə, yatanda yatağın o biri küncünə doğru sıxışırsa, sizə arxasını çevirirsə, bunlar sizi sevmədiyi anlamına gəlmir. Onun sadəcə azad olduğunu bilməyə ehtiyacı var. Bu azadlığını sevən kişiyə zövqləri və hobbiləri üçün bir az daha çox yer və vaxt verin. Unutmayın, sizə qarşı şəfqət və sevgi dolu yanaşması üçün özünü qəfəsdə hiss etməməlidir.

 

Möhkəm qucaqlayırsa: Sizi möhkəm qucaqlamadan yuxuya gedə bilmir? Romantik səslənir. Ancaq uzun müddətdir evli olduğunuz halda hələ də sizi möhkəm qucaqlayaraq yatması üzərinizdə hökmranlığı ələ keçirmək istəməsi və yalnız ona aid olduğunuzu düşündüyü anlamına gələ bilər. Onun olmaq nə qədər xoşunuza gəlsə də, azadlığınızı tam ona qurban verməyin.

 

Gah sağa, gah sola dönürsə: Yatağı müharibə zonasına çevirən, yerində sakit durmayan kişilər əslində son dərəcə sakit, hüzurlu, səssiz tiplərdir. Enerjilərini gecəyə saxlayar, bütün hüzursuzluqlarını yuxuya təslim edərlər. Yatağa girərkən qorxu və narahtlıqlarını da bərabər gətirərlər. Əgər yatarkən dörd dönürsə, gecənin bir yarısı onu oyandırmaq yerinə, axşam yeməyində günün necə keçdiyini, canını sıxan bir şeylərin olub olmadığını soruşun, sizinlə dərdləşməsi üçün onu cəsarətləndirin.

 

Yatağa çılpaq girirsə: Qışın ən soyuq günlərində belə, yatağa çılpaq girən kişi bunu şüuraltı azadlıq və kişiliyinin bir əlaməti hesab edir. Özü və həyatı olduğu kimi qəbul edir. Tək qüsuru özünü çox bəyənməsidir. Dünyanın ancaq onun ətrafında dönmədiyini anlaması üçün onu çox əzizləməyin və bədənində aşkarladığınız qüsurları ara bir üzünə deməkdən utanmayın.

 

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017
09 Avqust 2017