Dodaqların təbii rəng alması üçün ÜSULLAR

Dodaq rənginin tündləşməsi estetik baxımdan problem sayılır. Buna görə də dodaqlar tündləşdikdə bu tündlüyün getməsi üçün bəzi üsullardan istifadə edilir. Dodaqların tündləşməsinin bir çox səbəbi ola bilər. Çox günəş işığı, bəzi dərmanlar, siqaret, kafeinin yüksək miqdarda qəbulu, hormonal pozuntular, keyfiyyətsiz kosmetik vasitələrin istifadəsi, ya da allergik reaksiyalar dərinin tündləşməsinə səbəb olur.

 

Əksərən dodaq rəngini açmaq üçün kosmetik vasitələrdən istifadə edilsə də, bu vasitələr qalıcı deyil, həm də dəriyə uzun müddət zərər verə bilər. Aile.lent.az dodaq rəngini açmaq üçün bitki mənşəli üsullar təqdim edir.   

 

- Dodaqlardakı qara nöqtələr və tünd ləkələr üçün bir az badam yağı istifadə edin. Badam yağı dərini qidalandıraraq nəmləndirir. Xüsusilə çox soyuq havalarda dodaqları nəmləndirmək üçün badam yağı istifadə etmək məsləhətdir. Dodaq rəngini həm açır, həm də dodaq çatlarını əngəlləyir.

 

- Xiyar dəriyə qulluqda geniş istifadə edilir. Dərinin rənginin açılmasına yardımçı olur. Diz və dirsək qaralmalarında istifadə edilən xiyar dəri maskalarında da istifadə edilir.

Xiyar dəri təbəqəsini qoruyaraq eyni zamanda dərini nəmləndirir. Bir neçə dilim xiyarı, ya da xiyar suyunu dodaqlara sürtün. Dodaqlarda ləkə yaranmasının qarşısını alır. Sürtdükdən sonra bir neçə dəqiqə saxlayın.

 

- Dodaqların nəmli olması tündləşmədən qurtulmaq üçün vacibdir. Nəmli qalması üçün də kərə yağı istifadə edin. Bir az kərə yağını dodaqlara çəkin, 2 dəqiqə saxlayın. Ardından su ilə durulayın. Kərəyağını soyuducuda saxladıqdan sonra gecə yatmadan əvvəl çəksəniz daha yaxşı effekt əldə edəcəksiniz.

 

- Limon da turşu tərkibinə görə ağardıcı xüsusiyyətə malikdir. Diz və dirsək qaralması ilə yanaşı dodaq qaralmasında da istifadə edilir. Tündləşmiş dodaqlar üçün sadə, amma effektli bir dərmandır. Limon suyu hər gecə yatmadan əvvəl dodaqlara sürtülə bilər. İki aya qədər müntəzəm istifadə edildiyində isə daha yaxşı nəticə əldə etmək mümkündür.

 

- Gül suyu dərini nəmləndirir və sakitləşdirir. Eyni zamanda sərinlədici xüsusiyyətləri də var. Tünd dodaqların çəhrayı rəng almasına yardımçı olur. Sadəcə bir neçə damcı gül suyuna bir az bal qarışdırın. Bu qarışım gündə 3-4 dəfə dodaqlara çəkilir.

 

- Zeytun yağı da dodaqların rənginin açılması üçün istifadə edilən effektli üsullar arasındadır. Dərini canlandırır və dəri sağlamlığını qoruyur. Zeytun yağını dodaqlara çəkib yüngülcə masaj edin.

 

- Ölü dəri hüceyrələri, qaralma və tündləşmədən qurtulmaq üçün şəkər tozu istifadə edilə bilər. Şəkər tozu ən effektli pilinq üsullarından biridir. Alternativ olaraq bir az bal, ya da badam yağı da əlavə edin. Əldə edilən xəmiri dodaqlara çəkin. Bir müddət saxlayıb ilıq su ilə durulayın.

 

- Çuğundurun ağardıcı təsiri yoxdur. Ancaq dodaqların rənginin tündləşməməsinə yardımçı olur. Təzə qırmızı çuğundur suyu dodaqlara yatmadan əvvəl çəkin. Ertəsi gün su ilə durulayın.

 

- Bal dodaqların təbii çəhrayı rəng alması üçün təbii nəmləndiricidir. Bir az bal dodaqlara hər gün yatmadan əvvəl vurulur.

 

 

 

 

 

 

LENT

22 Fevral 2017
21 Fevral 2017
20 Fevral 2017
18 Fevral 2017
17 Fevral 2017