76 yaşlı kişinin butulkadan tikdiyi qeyri-adi ev - Video

76 yaşlı Baləhməd Xanbabayev butulkadan istifadə edərək özünə qeyri-adi ev tikib.

 

Aile.lent.az ARB TV-yə istinadən xəbər verir ki, hamının diqqətini çəkən bu ev 3 otaq, mətbəx və sanitar qovşaqdan ibarətdir.

 

Tikilinin lahiyəsi də özünə məxsusdur. Sözü gedən evin inşaasına da 16 il öncə başlanılıb. Hazır vəziyyətə gətirilməsinə 4 il vaxt sərf edilib. Evin tikilməsinin isə maraqlı tarixçəsi var.

 

Evin sahibi Baləhməd Xanbabayev deyir: "Mən bura gələndə meşələrdə butulka çox idi. Fikirləşdim ki, bunlardan nə yaradım? Yavaş-yavaş planımı qurub, evi tikməyə başladım".

 

İndi onun evi Azərbaycanla yanaşı xarici ölkələrdə də tanınır. Nabrandakı butulka ev barədə bir sıra əcnəbi telekanallar və internet portalları xəbərlər hazırlayıb.

 

Otaqların qızdırılmasın da isə odundan istifadə edilib. Buraya yayda çox turist gəlsə də, qış fəslində isə qonaqlar nadir hallarda üz tutur: "Gəlib baxırlar, şəkillər çəkib gedirlər. Yayda çoxu istirahətə gəlir. Xoşlarına da gəlir. Qış fəslində isə az-az gəlirlər və 40-50 manata bütün binanı verirəm".

 

Artıq Nabranda qaz xətlərinin çəkilməsinə start verilib. Bu isə növbəti ildən etibarən qış aylarında da turist cəlb etməyə imkan yaradacaq.

 

Qış mövsümün də qeyri-adi məkanda dincəlmək istəyənlər, Nabran sakininin boş butulkadan istifadə edərək tikdiyi evi seçə bilərlər.

 

LENT

22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017
19 Aprel 2017
18 Aprel 2017
17 Aprel 2017