Heyvanlar intihar edirmi? – MARAQLI FAKTLAR

İtlər, balinalar, atlar və digər heyvanlar intihar edirmi? İngiltərədə Kraliça Viktoria dövründə mətbuatda maraqlı heyvan hekayələri olurmuş. Özünü suda boğan it, ördək, balaları ölüncə özünü ağaca asan pişik və s. Bu heyvanlar həqiqətən də intihar edirdi?

 

Aile.lent.az modern.az-a istinadən bu mövzuda yazını təqdim edir.

 

Heyvanların da insanlar kimi ruhi problemlər yaşadığı məlumdur. Stressə ya da depressiyaya girə bilərlər, ki bunlar insanıda intihara aparan faktorlardandır . Həmçinin qədim zamanlardan yalnızca insana xas hesab edilən bəzi davranışları digər heyvanların da sərgilədiyini bilirik.

 

“Animal World” adlı jurnalın 1875-ci il tarixli bir sayında "Onu tutmağa çalışan ovçunun əllərinə düşməmək üçün uçurumdan özünü atıb intihar etməyi seçən bir maraldan" danışılırdı. 20-ci əsrdə intihar mövzusundakı tibbi məlumatlar irəlilədikcə tək-tək heyvan intiharı hekayələrində də azalma müşahidə edildi. Bunun yerinə kütləvi halda uçuruma yönələn çöl siçanları, ya da çox sayda balinanın sahilə çıxması kimi kütləvi heyvan intiharları üzərində daha çox dayanmağa başlanıldı.

 

Heyvan intiharları mövzusunda son 40 ildə edilən 1000 qədər işləri araşdıran italyan psixiatr Antonio Preti, bu cür hekayələrə aldanmamağı, bunun insanların heyvanlara bir yaraşdırma olduğuna inanır. Məsələn, araşdırmaçılar çöl siçanlarının kütləvi ölümünü çox sayda heyvanın eyni anda köç etməsi ilə əlaqələndirirlər.

 

Preti, sahibi öldükdən sonra heyvanların ölməsini də ictimai bir bağın kəsilməsinə bağlayır. Yəni ölmək üçün heyvan şüurlu bir qərar vermir. Sahibinə o qədər öyrəşmiş olur ki, başqa birindən yemək qəbul etmir. Bu nümunə əhəmiyyətli bir gerçəyi göstərir: Stress bir heyvanın həyatını təhdid edəcək qədər onun davranışlarını da dəyişdirə bilər.

 

Bu ilin may ayında Tenerifdəki su heyvanları parkında təbii mühitdə doğulmuş bir balinanın suyun kənarına özünü atıb 10 dəqiqəyə qədər orada dayanmasını göstərən video sosial mediada çox paylaşıldı. Balinanın intihar cəhdi etdiyinə dair onlarla yazı yazılmışdı. Qatil balinaların təbii olmayan mühitdə fərqli davrandığı, kürəyini hovuza sürtmə ya da dişlərini qıcamaq kimi davranışlar sərgilədiyi bilinir. Heyvanların özlərinə zərər verən bu növ davranışlara niyə yönəldiyini anlamaq üçün duyğuları nə qədər hiss etdiklərini bilməliyik. İnsanla qarşılıqlı əlaqəyə girmək əhəmiyyətli bir faktor ola bilir.

 

Bəzi heyvanlar zədə aldığı zaman stress, ya da depressiya kimi problemlər yaşaya bilir. Məsələn, Çində bir zooparkdakı ayı, balasını boğduqdan sonra özünü öldürmüşdü. Bu vəziyyətə çox dözə bilməyən ayının, şüurlu bir davranışı şəklində xarakterizə edilib. Halbuki təbii mühitdən kənar saxlanılan bir heyvan, yaşadığı stressə, balasının bir sağlamlıq probleminə görə stressdən təbii olmayan bir davranışa yönəlmişdi.

 

Kütləvi intihar iddialarına məruz qalan heyvanlardan biri balinalardır. Halbuki bu, xəstə qrup liderinin özünü dayaz suların mühafizəsinə qərq etmə cəhdi və bunun digər qrup üzvləri tərəfindən təkrarlanması, eyni zamanda sosial qrup əmələ gətirən çox sayda balinanın dayaz suların hüdudlarında ilişib qalmağından başqa bir şey deyil.

 

Bu cür davranışlara səbəb olan başqa bir faktor yerləşdiyi məkanda heyvanın beyninə təsir edən parazitlərdir. Məsələn “Toksoplazma gondii” adı verilən parazit siçanın beyninə yerləşdiyi zaman siçanda pişik qorxusu olmur və pişiyə yem olur. Beləcə, parazit pişiyin bədəninə yerləşərək çoxalma məqsədinə çatır.

 

Eyni şəkildə başqa bir parazit göbələk də qarışqaların beyninə yerləşərək onu öz inkişafı üçün ən uyğun məkanlara aparıb ölümünə səbəb olur. Bəzi ana hörümçəklər balalarına özünü yeməsinə icazə verir. Bu vəziyyətdə ölsələr də bu, intihar deyil, çünki balalarının həyatda qalması üçün öz bədənini onlara qida edir.

 

İntihar isə "qəsdən öz həyatına son vermə hərəkəti" olaraq təyin olunur. Burada isə hörümçəyin əsas məqsədi ölmək deyil, balalarına yem olmaqdır. Digər tərəfdən ayı, stressə görə təbii olmayan bir davranışa yönəlib niyyəti o olmasa da özünün və balasının ölümünə səbəb olur.

 

Bəzi ekspertlər bu problemin qəti olaraq cavablanmasının çətin olduğunu deyir. Heyvanların ağılından keçənləri oxuya bilmirik. Buna görə də onların ölümünə yol açan davranışlarda nə qədər qəsdcilik olduğunu təyin etmək mümkünsüz görünür. Bir çox heyvan plan qura bilər.

 

Məsələn, bəzi quşlar daha sonra yeməsi üçün yemək, bəzi bonobo və oranqutanlar da sonradan istifadə etməyi üçün alət saxlayarlar. Amma bir intiharı planlamaq o varlığın dünyadakı yerini qəbul etməsi və sonra da aradan gedəcəyini başa düşməsi, xəyal gücündən istifadə etmək tələb edir. Heyvanlar yas saxlayar, ölüsünü tanıyar və cəsəddən qorxar. Amma ölümdən qorxma vəziyyəti söz mövzusu deyil. Mütəxəssislər bunu "ölümə yol açma ehtimalı olan təhlükəli vəziyyətlərə qarşı hiss edilən qorxu" olaraq adlandırır. Bu da təbii bir hiss olaraq görülür. Yoxsa, məsələn zebrlər aslanların yanında otlayar, balıqlar timsahların yanında üzərdi.

 

Qorxu, həyatda qalmaqları üçün hisslər tələb edən bir duyğudur. Mütəxəssislər insanın öz ölümünün fərqində olan tək canlı olduğunu ifadə edirlər. İntihar isə öz ölümünü istəməkdir.

Amma öləcəyiniz məlumatlara sahib olmadan belə bir şeyi etmək mümkün deyil. Buna görə də intihar yalnız insana xas bir davranışdır. Kütlə arasında “Əqrəbi odla sıxışdırsaq öz iynəsi ilə özünü vuraraq intihar edər. Əqrəbə spirt versəniz başı qarışaraq özünü vurur və ölür. Əqrəblər özlərindən çox güclü bir rəqiblə qarşılaşdıqları zaman və ya qorxduqlarından özlərini vuraraq intihar edirlər” deyə həqiqət olmayan fikirlər yayılıb.

 

Əqrəblər, zəhərlərini iki ifrazat vəzi sayəsində çıxararlar. Bu ifrazat vəzlərinin genetik quruluşundakı fərqliliklər, zəhərin kimyasının fərqli olmasına səbəb olur. Buna görə də hər əqrəb növünün zəhəri bir-birindən fərqli dəyərdədir. Üstəlik, genetik fərqliliklərdən ötəri tək bir növ içərisindəki fərqli əqrəb fərdlərinin zəhərləri də bir-birindən fərqli zəhərləyici dozasında ola bilər. Zəhərin quruluşunu 60 ilə 70 arasında amin turşusu bir yerə gəlməsi ilə formalaşan zülallar təşkil edir. Bu zülallar, daxil olduğu canlının sinir sisteminə təsir edərlər və neurotoksin olaraq tanınır.

 

Zülal, əqrəbin bədənindən çıxıb, xarici bədənə girdiyi anda həmin canlının sinir sistemini iflic edər və sürətli bir şəkildə ölümə səbəb olar.

 

Neurotoksinlərin zülal quruluşuna görə, genetik fərqliliklər fərqli xüsusiyyətdə zəhərlər yarada bilər. Buna görə heç bir əqrəb özünü iynəsi ilə vuraraq intihar edə bilməz. Çünki hər əqrəbin öz zəhərinə qarşı immuniteti var və bu genetik quruluşla müəyyən edilir. Yəni əqrəb intihar etmək istəsə belə, (bu mümkün deyil) ölümü heç bir zaman gerçəkləşməyəcək. Bədənin tanıdığı kimyəvilər, bədənə zərər verə bilməz.

 

Buna görə də əslində xarici canlılar (bakteriyalar, viruslar, parazit, və s.) üçün son dərəcə ölümcül olan müdafiə sistemimiz, özümüzə zərər verməz. Ancaq genetik qurluşumuzu dəyişsək "avto-immun" deyilən xəstəliklərə tutula və öz müdafiə sistemimiz özümüzü yox etməyə başlaya bilər. Bənzər bir şəkildə, əqrəblərin də öz sinir sistemlərinə, öz zəhərləri təsir etməz (xəstəliklər istisna olmaqla). Buna görə də heç bir əqrəb özünü vuraraq öldürə bilməz.

1998-ci ildə “The Journal of Experimental Biology” jurnalında dərc olunan bir araşdırma, buna dəqiq bir nöqtə qoyub:

 

"Əqrəblərin əzələ və sinir sistemləri, öz zəhərləri içərisində olan molekullardan təsirlənmirlər".

Bəs insanlar niyə əqrəblərin intihar etdiklərinə inanır? Kütlə arasında bu tip bir qeyri-elmi inancların yayılmasının səbəbi əqrəblərin soyuqqanlı heyvanlar olmasından qaynaqlanır. Əqrəblər soyuqqanlı olduqlarına görə, bədən istiliklərini ətrafın istiliyi təyin edir.

 

Normal şərtlərdə yaşayan bir əqrəbi birdən bir stəkana atıb odlamaq istəsəniz, əqrəbin bütün maddələr mübadiləsi dəyişəcək və bədəni qıc olmalarla sıxılmağa başlayacaq. Bax insanlar bu vəziyyəti əqrəbin özünü iynəsiylə vurmaq işinə bənzədirlər. Əgər istilik dərhal tənzimlənməzsə əqrəb öləcək. Bu məlumatdan uzaq olan kütlə, bunu "əqrəbin özünü vuraraq öldürməsi" olaraq başa düşərlər.

 

 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017