Saçlarınız elektriklənirsə, çiməndən sonra...

Çox zaman qadınlar saçlarının fenlə deyil, öz-özünə qurumağını istəyirlər. Ancaq saçlar elektrikləndikdə nəticə tam ürəkaçan olmur. Bəs saçların quruyarkən elektriklənməməsi mümkündürmü? Əslində, bu, mümkündür. Bunun üçün Aile.lent.az-ın yazısını oxuyun.

 

Şampunu keçin

 

Şampunsız saçların təmiz olmayacağını düşünürsünüz? Saçları dünən şampunlamısınızsa, bu gün yenidən bunu etməyə ehtiyac varmı? Çox şampunlandıqda saçlardakı təbii yağ azalır və saçlar elektriklənir.

 

Dəsmalla az qurulayın

 

Saçları dəsmalla qurutmaq elektriklənmənin başlıca səbəblərindən biridir. Dəsmal istifadə etməkdə məqsəd saçlardakı suyu götürməkdir. Duşdan sonra saç tellərindəki suyu dəsmalla yüngülcə sıxaraq almaq kifayətdir.

 

Fırça daraqla daramaq

 

Söhbət elektriklənmədən gedirsə, saçları fırça daraqla daramaq bunun ən böyük düşməni ola bilər. Saçların dolaşmaması üçün hamamdan çıxdıqdan sonra düz daraqla daramalısınız.

 

Krem sürtün

 

Elektriklənmənin qarşısını almağın ən yaxşı yollarından biri də saç kremi istifadə etməkdir. Kremi saçlara dibdən uca masaj edərək tətbiq edin. Saçların yağlı və ağır görünməsini istəmirsinizsə, lazım olandan çox istifadə etməyin.

 

Saç uclarına qulluq

 

Quruma və qırılma saç uclarında başlayır. Buna görə saç uclarına əlavə diqqət göstərməlisiniz. Elektriklənmə əleyhinə məhsullar və ya hindqozu yağı kimi təbii məhsullar işinizə yaraya bilər. Bununla yanaşı, saç uclarındakı qırıqları aradan qaldırmaq üçün tez-tez kəsdirməlisiniz. 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017