Pendiri evdə özünüz hazırlayın - ASAN RESEPT

Əsl evdarlar artıq çoxdan marketdən ərzaq almağı azaldıb. Pendiri də evdə hazırlamaq mümkündürsə, daha nə gözləyirik?! Aile.lent.az saglamheyat.com-a istinadən evdə pendir hazırlamağın asan qaydasını təqdim edir.

 

Ərzaqlar:

 

Süd - 1 litr
Duz - 1 x.q.
Xama - 200 qr.
Yumurta - 3 ədəd

 

Hazırlanması:

 

Süd qaynadılır, duzlanır. Xama ilə yumurtalar birgə çalınır. Süd qaynara düşən kimi, xamalı kütlə qatılıb, müntəzəm qarışdırılır. 5 dəqiqə sonra bərk kütlə üzə çıxıb suyundan ayrılan kimi qazan oddan götürülür, tənzifdən süzülür. Tam süzüldükdən sonra kütləyə forma verilib, tənzif arasında soyuducuya qoyulur. 1-2 saatdan sonra pendir hazırdır.

 

Nuş olsun!

LENT

22 Mart 2017
21 Mart 2017
20 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017
14 Mart 2017