Artıq qalan mürəbbə suyunu atmayın - ASAN RESEPT

Evdə bəzən mürəbbələrin meyvələri yeyilir, suyu qalır. Elə olduqda mürəbbənin suyunu atmağa tələsməyin. Meyvə suyundan və xırda kiçik doğranmış, yaxud blendrdan keçirilmiş meyvələrdən ibarət şirniyyat hazırlay bilərsiniz. Üzərinə qaymaq və ya qoz qoysanız, daha da ləzzətli olur. Aile.lent.az meyvəli şirniyyatın hazırlanma qaydasını təqdim edir.

 

Lazım olan ərzaqlar:

 

1,5 stəkan mürəbbə suyu

3,5 stəkan su

3 şorba qaşığı qarğıdalı nişastası

Mətbəx robotunda çəkilmiş meyvə dənəcikləri

Qoz

 

Hazırlanması:

 

1 stəkan soyuq su ilə nişasta əridilir, qalan 2,5 stəkan su meyvə suyuna qarışdırılır. Bu suyun içinə nişastanı tökün və qatılaşana qədər qarışdıraraq bişirin.

İncə doğranmış və ya mətbəx robotunda çəkilmiş meyvələri bişirdiyiniz qarışımın içinə qatıb qarışdırın. Servis edəcəyiniz qablara tökün. Soyuyandan sonra üzərinə qozları bütöv və ya çəkilmiş olaraq qoya bilərsiniz.

Meyvəli şirniyyatı bir az daha zənginləşdirmək istəyənlər dondurma və ya qaymaqla da servis edə bilərlər.

 

Nuş olsun!

 

LENT

22 Fevral 2017
21 Fevral 2017
20 Fevral 2017
18 Fevral 2017
17 Fevral 2017