Buxağı yox edən MƏŞQ

Tez-tez kökəlib arıqladıqda çənə altında estetik cəhətdən qəşəng görünməyən sallanma yarana bilər. Buna buxaq deyirlər. Buxaq yaranmasının səbəbini əzələlərin yorulması və elastikliyin azalması ilə əlaqələndirən mütəxəssislər bunun qarşısını almaq üçün məşq məsləhət görürlər.

 

Çənə altındakı buxaq sizi narahat edirsə, Aile.lent.az-ın təqdim etdiyi bu idman hərəkətini edin.

 

Bədəniniz dik şəkildə durun və başınızı yuxarıya doğru qaldırın. 10 saniyə boyunca öpüş verirmiş kimi dodaqlarınızı önə doğru uzadın. Bu hərəkəti 5-10 dəfə təkrar edin. Gündə 3 dəfə etsəniz, dəyişiklik hiss edəcəksiniz. 

LENT

24 Fevral 2017
23 Fevral 2017
22 Fevral 2017
21 Fevral 2017
20 Fevral 2017