Dırnaq göbələyini yox edən 2 SADƏ ÜSUL

Bir çox insanda rast gəlinən ağrı və pis görünüşə səbəb olan dırnaq göbələyindən sirkə və soda ilə qurtulmaq olar.

 

Dırnaq göbələyi həm sağlıq baxımından, həm də görüntü olaraq insanı narahat edən problemdir. Bu problemlə qarşılaşdığınızda həkimə baş vurmaya da bilərsiniz. Aile.lent.az dırnaq göbələyindən xilas olmağın iki təbii yolunu təqdim edir.

 

Sirkə ilə dırnaq göbələyinin müalicəsi

 

Sirkə ayaq göbələyinin müalicəsində sıx istifadə olunan müalicə yollarından biridir.

 

İlıq suya bir stəkan sirkə əlavə edilir. İnfeksiya düşmüş dırnaq 15-20 dəqiqə bu suyun içində saxlanır. Sonra ayaqlarınızı yaxşıca yuyun və qurulayın. Bunu gündə iki dəfə təkrar edin.

 

 

Soda ilə dırnaq göbələyinin müalicəsi

 

Soda dərini ölü hüceyrələrdən təmizləmək, infeksiyalarla mübarizə aparmaq üçün istifadə edilir. Sodanın tərkibindəki aktiv maddələr göbələklə mübarizə aparır və dırnaq səthinə ziyan vurmasının qarşısını alır.

 

4 stəkan isti suyun içinə yarım fincan soda, yarım fincan 3%-lik hidrogen peroksid və yarım fincan sulfat əlavə edərək yaxşıca qarışdırın. Bir damcı sirkə də əlavə edə bilərsiniz. Daha sonra infeksiyaya yoluxmuş dırnağı təxminən 20 dəqiqə boyunca bu qarışımın içində saxlayın. Sonra qarışıma batırılmış bölgə təmiz su ilə durulanaraq təmizlənir. Gündə iki dəfə edin. 

LENT

27 Mart 2017
25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
22 Mart 2017
21 Mart 2017
20 Mart 2017
18 Mart 2017
17 Mart 2017