Hamiləlikdə lazer epilyasiyası etdirmək olar?

Bir çox ana namizədi hamiləlik hormonlarının da təsiriylə artan tüklənmədən narahat olurlar. Ancaq nəzərə alsınlar ki, doğuşdan sonra bu tüklərin çoxu öz-özünə tökülür. Bu səbəbdən də lazer epilyasiyası etdirməyə tələsməsinlər.

 

Qadınların çoxu hamiləlik zamanı lazer epilyasiyası etdirməkdən çəkinirlər. Onlar bunun uşağa ziyan olacağından narahatdırlar. Aile.lent.az hamiləlik dövründə epilyasiya ilə bağlı mütəxəssislərin fikirlərini təqdim edir.

 

Mütəxəssislər bildirir ki, lazer epilyasiyasının körpəyə və anaya hər hansı bir zərəri yoxdur.

 

 

Lazer işıq enerjisi istifadə edilən bir texnikadır. Ortaya çıxan elektromaqnit işıldama rentgendə istifadə edilən X-şüalarından fərqlidir və toxuma içində irəliləmə xüsusiyyəti yoxdur. Yəni bu şüa sizi tüklərdən xilas edərkən toxumalarınıza da təsir edəcəyindən narahat olmağa dəyməz. Lazer epilyasiyası işığı yalnız əməliyyatın edildiyi sahəyə, məsələn yalnız üzə təsir edir və təsir sahəsi yalnız bir neçə milimetrlə məhdudlaşır. Bu səbəbdən də ananın qarnında olan körpəyə çatması və ya zərər verə bilməsi mümkün deyil. Bənzər şəkildə radio dalğalarıyla işləyən epilyasiya sistemləri də körpə ilə əlaqəli risk daşımır. Bu cihazlar X işığı ilə işləyən rentgen cihazlarına nisbətən daha aşağı tezlik və enerjidə radiasiya ilə işləyir.

 

Bundan daha əhəmiyyətlisi isə budur ki, haqqında danışılan radiasiya, ionlaşdırıcı xüsusiyyəti olmayan radiasiyadır. Əməliyyat bitdikdə ortada radiasiya da qalmır. Bu səbəbdən də hamiləlikdə istifadəsi ilə əlaqədar risk haqqında söhbət gedə bilməz. 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017