Evdə kartof çipsi bişirməyin QAYDASI

Özünüz evdə kartof çipsi hazırlaya bilərsiniz? Qaydasını bilmirsinizsə, Ailem.az-ın bu yazısını oxuyun. Sizə evdə dadlı çipsi hazırlamağın asan yolunu təqdim edirik.

 

Lazım olan ərzaqlar:

2 dənə nazik qabıqlı kartof

Sirkə (yumaq üçün)

Duz

İstiot

Zeytun yağı
 

Hazırlanma qaydası:

Kartofları yaxşıca yuyun və nazik-nazik dilimləyin. Dərin bir kasanın içinə su doldurun. Suya duz və sirkə tökün, kartofları həmin suyun içində qarışdıraraq yaxalayın. Sonra həmin suyu süzün, kartofları adi suyla durulayın, kağız salfetlə qurudun. Kartof dilimlərinin üstünə duz, istiot və zeytun yağı töküb qarışdırın. Yağlı kağız sərilmiş soba sinisinə kartofları yan-yana düzün. 175 dərəcədə əvvəldən isidilmiş sobada 15 dəqiqə bişirin. Qabı sobadan çıxarıb kartofları tərs çevirin və hər tərəfi qızarana qədər təkrar bişirin. Artıq kartof çipsiniz servisə hazırdır.

Nuş olsun!

 

 

LENT

09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017