Hamilələrdə sifilis xəstəliyi

Hamilə qadınların sifilis xəstəliyinə tutulması çox təhlükəlidir. Sifilis xəstəliyinin törədicisi solğun spiroxetalar cift vasitəsilə dölün orqanizminə keçir və dölə yoluxur. Hamiləliyin axır aylarında döl sifilis xəstəliyinə tutulur və çox hallarda vaxtından əvvəl ölü doğulmasına səbəb olur. Hamilələrdə sifilis xəstəliyi özünü aşağıdakı əlamətlərlə büruzə verir:
 

- baş ağrıları
 

- qızdırma
 

- əsəbilik
 

- axıntı.
 

Hamilə qadınlarda sifilisin ən çox gizli forması müşahidə olunur ki, bu, qadının ümumi vəziyyətinə çox da pis təsir etmir. Amma sifilis xəstəliyi dölün sağlamlığı üçün bəzi təhlükələr yaradır. Bunlara aiddir:


- vaxtından əvvəl uşaqsalma
 

- ölü dölün doğulması
 

- hidrops
 

- assit
 

- sifilisli uşaq.
 

Hamilə qadında sifilisin olmasına diaqnozun qoyulmasında qanın ümumi analizləri, seroloji yaxma və anamnezin nəticəsi əsas götürülür. Diaqnoz təsdiq edildikdə dərhal müalicə başladılır. Müalicə əsasən pensillindən ibarət olur. Sifilisin müalicəsində istifadə edilən bəzi dərman vasitələri dölə toksiki təsir etdiyinə görə onlardan istifadə edilmir. (immunitet.az)

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017