Bunlar sizi daha cazibədar edəcəkKişilərin diqqətinə!

Kişilərin bəzi davranışları və ya adi bir jest, mimikaları qadınlar üçün çox mənalı ola bilir. Bu, çox vaxt kişiləri gözəl, yaraşıqlı olmaqdan daha cazibədar edir. Bəs bu davranışlar hansılardır? Aile.lent.az kişiləri cazibədar edən 7 davranışla sizi də tanış edir.

 

Güclü olmaq

 

Bu heç də kişilərin dediyi bütün sözlərin yerinə yetirilməsi demək deyil. Fiziki gücü də bir kənara qoyuruq. Güclü olmaq onun həyata olan gücü, duruşu, dayanıqlılığıdır.

 

İncə davranış

 

Güclü xarakteri ilə yanaşı incə davranış, onun da qorxularının, gücsüz qaldığı məqamların olmasını bilmək qadınların xoşuna gəlir.

 

İsti münasibəti

 

Qadınların istilik, səmimiyyət olmayan yerdə işləri olmaz. Məqamında göstərilən istilik qadınları onlara bağlayır. Bağlı qapılar, buz kimi divarlar qarşısında heç bir kişiyə çatmaq mümkün deyil.

 

Ruhi yetkinlik

 

Ruhi yetkinlik nədir? Əxlaqi dəyərlərin bütün həyatına yayılmasıdır. Ruhi yetkinlik olduğu kimi görünmək, güvən hissi bəxş etməkdir. Ruhi yetkin olan kişi cazibədar görünür.

 

Güldürərkən düşündürən kişi

 

Zarafatları ilə güldürərkən düşündürən kişilərə ehtiyac yoxdur. Əyləncəli və yumoru güclü olan kişinin şirinliyi qadınlara bəs edir. Ya da belə deyək, qadınları ən çox gülərkən görməyi sevən kişilərə heyranıq.

 

Düşüncəli

 

Səni tanımaq istəyən, tanıyan, nəyi xoşladığın bilən, sənin razı qalacağın kiçik və mənalı sürprizlər edə bilən, sözləri ruhunu oxşayan kişiləri qadınlar çox sevir. Daha çox söz yazmağa ehtiyac yoxdur.

 

Əsəbi vəziyyət 

 

Bir kişini əsəbi halında daha yaxşı tanımaq olar. Söhbət iqtisadi çətinliyin yaratdığı əsəbilikdən getmir (lakin kiçik də olsa, bunun da bir payı var). Hadisələrin ən dözülməz hal aldığı vəziyyətdə özünü idarə etməyi bacaran kişi qadınlar tərəfindən cazibədar görünür. 

LENT

22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017
19 Aprel 2017
18 Aprel 2017
17 Aprel 2017