Dietik omlet - RESEPT

Pəhrizdə olduğunuz üçün sevimli omletinizdən imtina etmisiniz. Üzülməyin! Aile.lent.az dietik omletin hazırlanma qaydasını təqdim edir.

 

Ərzaqlar:

 

1 ədəd yumurta
4 ədəd yumurtanın ağı
Az miqdarda duz
Bir çimdik istiot
2 yemək qaşığı göbələk
1 ədəd ispanaq
5 dilim yağsız basdırma
1 dilim yağsız holland pendiri

Hazırlanması:


Yeməyi hazırlamaq üçün əvvəlcə yağsız holland pendiri, yağsız basdırma, ispanaq və göbələkdən başqa bütün ərzaqları (yumurta, yumurtaların ağı, duz, istiot) yaxşıca çırpıb qarışdırın.

Yapışmayan tavaya çırpılmış yumurtaları əlavə edin. Bunun üzərinə isə göbələk, ispanaq, basdırma və holland pendirini səliqə ilə düzün.

5 dəqiqədən sonra tavanı ocağın üzərindən götürə bilərsiniz. Diatik omlet hazırdır.

 

Nuş olsun! 

LENT

27 May 2017
26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017