Bağ evinizi belə dekorasiya edin - FOTOLAR

Yay tətilində çoxlarımızın ilk üz tutduğu yer bağ evləridir. Orada da hər şey yayın gəlişindən, istirahətdən xəbər verməlidir. Bir neçə kiçik toxunuşla bağ evinizi yay fəslinə uyğun hala gətirə bilərsiniz. İsti, sərinləşdirici rənglər istifadə edərək, dənizə uyğun aksessuarları artıraraq, çiçəklərlə bəzəyərək, yayın dadını çıxara bilərsiniz. Ailem.az bağ evini dekorasiya etməyin bir neçə yolu ilə sizi tanış edir.

 

- Bağçada oturduğunuz məkanı uyğun qiymətə alacağınız led işıqlarla bəzəyərək işıqlandırma qura bilərsiniz. Həm gecələri daha işıqlı keçirəcəksiniz, həm də bağçanızda yay ab-havası olacaq.

 

- İş otağınızda qələm və karandaşlarınızı rənglədiyiniz və ya rəngli kağızlarla bəzədiyiniz kiçik qutulara qoyun. Sonra bunları dekor olaraq daha gözəl görünmələri üçün istifadə etmədiyiniz köhnə ayaqlı tort nimçəsinə yerləşdirin.

 

- Mətbəxinizin çölə açılan pəncərəsini açın və oraya taxta parçası yerləşdirin. Sanki masa kimi görünsün. Çöl tərəfdən isə divara masa söykəyin və ətrafına bir neçə mətbəx stulu qoyun. Beləcə, bütün gün çöldə evdən xidmət edə biləcəksiniz, uşaqlar oynayarkən asanlıqla onlara yemək, içki verəcəksiniz.

 

- Günəş vannası qəbul etmək və kitab oxumağı sevirsinizsə, balkonunuzda yelləncək düzəldin. Ehtiyacınız olan yalnız ip və çarşafdır.

 

- Yay-qış fərqi yoxdur. Küçəyə açılan qapını bəzəyə bilərsiniz. Qurumuş və ya süni çiçəklər istifadə edərək qapı bəzəkləri düzəldin. Qapı bəzəyi hazırlamaq üçün əyilə bilən bərk materialla yumru halqa edin. İki tərəfini bir-birinə bərkidin. Üzərinə bəzəkli parça dolayın. Daha sonra isə üstünü istədiyiniz kimi bəzəyin. Məsələn, rəngli düymələr, bağçadakı ağac budaqları, süni və ya qurumuş çiçəklərlə və s.-lə.

 

- Uşaqların sevimli yelləncəyini evin ortasında da qura bilərsiniz. Bunun üçün qalın bir ip (kəndir), bir ədəd böyük çarşaf, kiçik yastıq və yumru dəlikləri olan qalın taxta parçası kifayətdir.

 

- Şəffaf şüşə qablara çiçəklər yerləşdirməzdən əvvəl içərisinə limon dilimləri qoyun. Yaranan görüntü çox xoşunuza gedəcək.

 

- Pambıq, qulaqtəmizləyən qutusu, diş fırçası qabı kimi duş aksesuarlarını hər yay başqa bir rəngə boyaya bilərsiniz.

 

- Evinizin önündəki ağaca və ya bağçanızdakı ağaclara rəngli fənərlər asmaq olar.

 

- Qapı önünə sərdiyiniz ayaqaltılarını adilikdən qurtararaq yayı xatırladan əyləncəli bir ayaqaltı ilə dəyişdirə bilərsiniz.

 

- Tətildən döndükdə topladığınız balıqqulaqları ilə evdəki çərçivələri bəzəmək üçün istifadə edə bilərik.

 

- Yataq otağınıza dənizi xatırladan rənglərdən ibarət olan cədvəllər, fotolar asa bilərik. Şkafın üstünə yay mövzulu bəzək əşyaları qoya bilərsiniz, gecə lampalarını dəniz rənginə uyğun rəngləyə bilərsiniz.

 

- Yataq otağınız üçün tətilə getdiyiniz yerlərdən topladığınız cürbəcür ağac parçaları, balıqqulaqları kimi əşyalardan aksessuarlar kimi istifadə edə bilərsiniz.

 

- Şüşə və ya saxsı qablar hər zaman masanın üzərində olmaya bilər. Məsələn, dəhlizi bəzəyə bilərsiniz. Dəhliz divarına taxta parçaları yapışdırın və şüşə, saxsı qabların içərisinə çiçəklər qoyaraq taxta parçalarının üstünə yerləşdirin.

 

- Əgər imkanınız varsa, evinizin bir küncündə özünüzə yer ayıra bilərsiniz. Təsadüfi bir kreslo, rəngarəng pərdə və xalça ilə oranı bəzəyin. Amma ən əhəmiyyətlisi budur ki, imkanınız varsa, özünüzə mütləq bir yelləncək quraşdırın. Yelləncək üzərində kitab oxumaq, xəyallar qurmaq və yatmaq qədər gözəl bir şey ola bilməz.

 

- Evinizin bağçasında uşaqlarınız üçün bir oyun çadırı qura bilərsiniz. Eyni zamanda özünüz içinə yastıqlar düzün. Amma üzəri mütləq rəngarəng parçalarla örtülü olsun.

 

- Bir evin qışlıq evdən yay evinə dönməsi üçün yalnız istifadə etdiyiniz rənglər belə kifayət edər. Yay dedikdə ağıla ilk gələn tətil, qum, günəş və dənizdir. Mavi, sarı, yaşıl rənglərdən ibarət olan aksessuarlar, kreslo örtükləri və şəkillər belə bir anda evinizi yay evinə çevirə bilər.

 

- Yayı xatırladan dekorativ şamlara yer verin.

 

- Yay boyu bol meyvə və kartof qızartması yeyəcəyiniz dəqiqdir. O zaman meyvələr gözünüz qarşısında olmalıdır. Divara söykəyə biləcəyiniz bir meyvə-tərəvəz səbəti quraşdıra bilərsiniz.

 

- Qışdan yaya kreslo dəyişdirmək mümkün olmaya bilər. Lakin qışda tünd rəngli örtük və yastıqlar istifadə edirsinizsə, yayda bunun əksinə olaraq, bütün yastıq üzünü rəngli, parlaq örtüklərlə dəyişdirərək qonaq otağı və salonda yay ab-havası yarada bilərsiniz.

 

- Yayda quşların səsini eşitmək insana zövq və rahatlıq verir. Salonun divarında belə bir divar aksessuarı yarada bilərsiniz. Bunun üçün quş bəzək-düzəkləri və bir neçə ağac budağı kifayət edər.

 

- Rəngarəng parçalar alaraq pərdə düzəldə bilərsiniz. Sonra yarpaq, çiçək kimi pərdə kəmərləri taxaraq evə yay fəslini gətirə bilərsiniz.

 

- Gül saxsılarını rəngarəng rənglərlə boyaya bilərsiniz.

 

- Qışda yandırıb ətrafına toplandığınız kaminin üstünü şamlar, dəniz ulduzları, dəniz daşları və balıqqulaqları ilə bəzəyə bilərsiniz. Bu künc evin ən zövqlü, göz oxşayan yeri olar, həm də şəkil çəkdirəndə çox yaxşı bir arxa fon olaraq istifadə edilər.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017