Sevgilinizi yataqda belə rahatladın Seksual masaj

Sevgilinizlə yaxşı vaxt keçirmək üçün seksual masaj hərəkətlərini də bilməyiniz pis olmaz.

Bunun üçün masaj mütəxəssisinin yanında kurs keçmənizə ehtiyac yoxdur. Sadəcə xoşladığınız aromalı yağ kifayət edər. Əvvəlcə otaqda sakit və xoş bir ortam yaradın. Səs tonunuzu aşağı salaraq, pıçıldayırmış kimi danışın. Başdan ayağa doğru masaj etdiyinizi düşünün, gerisi özü gələcək.

 

Ailem.az seksual masajın edilmə qaydalarını təqdim edir.

 

Gicgah masajı

Sevgilinizin gicgah və qaşlarının arasındakı bölgədə xətlər çəkin. Burnunun iki yanından göz çuxurlarının yanaqlarıyla birləşdiyi bölgəyə doğru barmaqlarınızı sürüşdürün, ordan yenidən gicgahlara qalxın. Gicgah masajı eyni zamanda effektli ağrıkəsici masaj növüdür.

 

Boyun masajı

 

Sevgilinizin baş və boyunla çiyinlərin birləşdiyi bölgəyə, eləcə də boynuna edəcəyiniz masaj bir az fərqli olmalıdır. Əllərinizlə həmin bölgəyə dairələr çəkərkən arada bir işarət barmağınızla baş barmağınız arasına alacağınız bölgəni iki üç saniyə sıxın, sonra buraxın. Əzələlərinin gəvşədiyini, rahatladığını görəcəksiniz.

 

Sinə bölgəsi

 

Əllərinizi sinə bölgəsinə qoyun. Əllərinizin bir-birindən 5 sm-ə qədər uzaq olmasına diqqət edin. Yuxarı və aşağı hərəkətlərlə arada dairələr çəkərək masaj edin.

 

Ayaq masajı

 

Ayaq barmaqlarının bitimindən dabana qədər baş barmağınızla basın və basaraq dairəvi hərəkətlərlə masaj edin. Təzyiqlə basmanız mühüm masaj hərəkətləri arasındadır, belə sevgilinizin qıdığının gəlməməsinə səbəb olmazsınız. Ayaq biləklərinə yenə yüngülcə basdıqdan sonra yuxarı doğru dairəvi hərəkətlərlə masajı davam edin. Ayaqların ön və arxa bölgələrini masaj edin.

 

Susam yağı - Dərinin dostu olan susam yağı quru dəriləri yumşaldır, qidalandırır, cinsi gücü artırır. Şəkər xəstələrinin də dostudur. İmmunitet sistemini gücləndirici təsiri var. Tərkibindəki dəmir və minerallar sayəsində qansızlığa faydalıdır. Oynaq problemləri və revtmatizmə qarşı susam yağı istifadə edilir. Yorğunluğa qarşı da enerji verir. Odur ki, masaj zamanı istifadə etmək faydalıdır.

 

LENT

20 Yanvar 2018
19 Yanvar 2018
18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018