Evinizə gələnləri belə qarşılayın - DİZAYN NÜMUNƏLƏRİ

Bir insanın gülərüzü, bir şəhərin quruluşu, bir filmin maraqlı afişası və ya bir albomun diqqət çəkən qapağı bizi müsbət duyğulara və fikirlərə kökləyir. İnsanlarla tanış olarkən də ilk təəssüratı geyimi yaradır, ilk dəfə getdiyiniz şəhərə daxil olanda da ilk fikir şəhərin girişindən yaranır. Ümumiyyətlə, “ilk”lər insan, obyekt və ya yer haqqında bizi mühakiməyə aparır. Evin istiliyini girişdən hiss etmək olar. Məhz evin girişi mənzil haqqında təəssürat yaradır. Mənzilin girişi də evə daxil olanları qarşılayan ilk sahədir. Bu hissənin dekorasiyası daha əhəmiyyətlidir və mükəmməl olmalıdır.

 

Əslində evin giriş hissəsinin dizaynı çox vaxt digər otaqların dekorasiyalarından daha çətindir. Çünki giriş aktiv və ictimai bir həyat sahəsi deyil, küçəni daxili məkanlara bağlayan bir keçid sahəsidir. Lakin dəvət edən və qəşəng bir giriş dizaynı yaratmaq heç də çətin deyil. Bu baxımdan da Ailem.az sizə evin maraqlı və fərqli giriş dekorasiyaları nümunələrini təqdim edir.

 

Giriş dekorasiyası ilk növbədə fərəhlik və rahatlıq bəxş etməlidir. Ona görə də bu sahə üçün mebel alverinə çıxmazdan öncə oranın böyüklüyü və genişliyini diqqətlə analiz etməlisiniz. Bu sahə boş görünməməlidir. Eyni zamanda da sıxlıq və boğucu olmamalıdır.

 

Xüsusilə şəhər mərkəzlərində olan evlərin girişi olduqca dar bir sahəyə sıxışdırılır. Amma bu o demək deyil ki, sizin evinizin girəcəyi gözəl olmayacaq. Ayaqqabı və üst geyimi kimi evə girərkən üzərimizdən çıxardığımız paltarların qoyulacağı yer də rahat və nizamlı olmalıdır. Əgər mebel qoyulacaq qədər geniş yeriniz yoxdursa, maraqlı asılqanlardan istifadə edə bilərsiniz.

 

Giriş hissəni gözəlləşdirməyin ən asan yollarından biri də çox təbii və rəngarəng, gözəl qoxulu çiçəklər qoymaqdır. Bu, evinizin girişinə son dərəcə zərif və elegant bir görünüş verəcək.

 

Rəngarəng və əyləncəli divar kağızı, çərçivəli şəkillər və fotoşəkillər, yaradıcı, bədii divar işləmələri giriş sahələri üçün bənzərsiz dizayn elementləri ola bilər. Xüsusilə dar dəhlizlər olan girişlərdə sahəni daraldan mebel və aksessuarlardan istifadə etməkdənsə divarları dizayn etmək ideal seçim olacaq.

 

Giriş hissədə ən əhəmiyyətli və diqqət yetirilməsi lazım olan məqamlardan biri də düzgün işıqlandırma sistemi qurmaqdır. Keçid sahələri olan giriş həm kifayət qədər işıqlı olmalı, həm də göz qamaşdıran işıqlandırma ilə adamı yormamalıdır. 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018