Orqazm ola bilməyən qadınlara PSİXOTERAPEVT MƏSLƏHƏTİ

Cinsi həzzin güclü şəkildə yaşanması ilə gerçəkləşən orqazm zamanı uşaqlıq, vagina nəzarətsiz və güclü şəkildə dartılır.

Orqazm beynin cinsi siqnalları yoğun bir şəkildə qəbul etməsi nəticəsində bədənin genetik bölgəsinin bu siqnallara cavab verməsi kimi bilinir. Müxtəlif səbəblərdən orqazm ola bilməyən qadınlar isə bəzən bunu təqlid edirlər.

Orqazm olmaq üçün açıq ünsiyyət, ön sevişmə, müntəzəm idman və qidalanma da olduqca mühüm əhəmiyyət kəsb edir.

Aile.lent.az məşhur türk psixoterapevt Cem Keçenin orqazm ola bilməyən qadınlara verdiyi tövsiyələri təqdim edir.

 

Düzgün nəfəs

Orqazm olmayan qadınlar yaxınlıq zamanı arxası üstə yataraq ayaqlarını kişinin çiyinlərinə, ya da çiyin hissəsinə qaldırmalı və əllərini qarnına qoyaraq dərin nəfəs almalıdır. Bu, orqazmı asanlaşdıran ən yaxşı üsuldur.

 

Orqazm olmaq üçün sevişərkən aktiv olun

Bunu da ən yaxşı şəkildə qadın ombasını önə itələyərək, yəni hərəkət etdirərək edə bilər.

 

Sevgi əzələlərini işə salın

 

Vaginada sevgi əzələləri adlanan pelvik əzələləri orqazma çatmanın təminatıdır. Sevgi əzələlərini cinsi yaxınlıqdan başqa vaxtlarda da aktiv işlətmək lazımdır.

Tualetə gedəndə, iş yerində, ya da oturarkən pelvik əzələləri sidiyə gedirmiş kimi gəvşədin və sidiyi tutub saxlayırmış kimi dartın.

 

Orqazm üçün ön sevişmə müddətinə diqqət edin

 

Orqazmı güclü şəkildə hiss etmək, ya da sadəcə orqazm ola bilmək üçün ön sevişmə olduqca vacibdir. Doyduğunuz qədər yaşadığınız ön sevişmə uzun bir cinsi birləşməyə zəmanət verir.

 

Orqazm üçün müntəzəm idman edin

İdman cinsi istəyi artırır və cinsi həyat müddətini uzadır. Bundan başqa idman orqazmı asanlaşdırır. Cinsi orqanlara gedən qan təzyiqini artıran idman kişilərdə cinsi birləşmə müddətini də artırır.

 

Yaxşı ye, güclü orqazm yaşa

Cinsi zövqü əngəlləyən yorğunluq hissinin qarşısını almaq üçün süd, yerfındığı, ət, balıq, pendir, yumurta, lobya, buğda və yaşıl tərəvəzlərdə olan Lyosin maddəsi, arpa, qaraciyər, noxud, süd, lobya, düyüdə olan B1 vitamini, qatıq, yaşıl tərəvəz, göbələkdə olan B2 vitamini qadınlarda vagina elastikliyini və hərəkətliliyini artırır.

 

Orqazm problemini yoldaşınızla danışın

Onunla açıq danışmalı və problemi dilə gətirməlisiz. Orqazm təqlidi etmək məcburiyyətində deyilsiniz.

 

 

LENT

22 Mart 2017
21 Mart 2017
20 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017
14 Mart 2017