Onu unutmaq istəyirsinizsə... - Sevgilisindən ayrılanlar oxusun

Hər nağılın bir sonu var. Bəs pis sonluqla bitən nağılların axırında stressə girməmək üçün nə etmək lazımdır? Ailem.az sevgilisindən ayrılanlara güclü olmağın yollarını sadalayır. 

 

Keçmiş sevgilinizdən uzaq durun

 

Nə olursa olsun, hər zaman başınızı dik tutun! Ayrılıqdan sonra bir anlıq darıxmaqla səsini eşitmək, ya da darıxdığınızı bildirmək üçün qətiyyən ona zəng vurmayın. Səssiz qalın. Siz nə qədər çox özünüzə güvənsəniz, bir o qədər cazibədar olarsınız. Çarəsiz qadın qətiyyən cazibədar görünmür.

 

Qəminizə dözə bilməyən dostlarınızdan uzaq durun

 

Keçmiş sevgiliniz üçün darıxdığınızı görüb sizin kədərlənməyinizə dözə bilməyən dostunuz fərqli yolla sevgilinizə zəng etdirməyə çalışacaq. Verdiyi tövsiyə sizi daha da üzə bilər.

 

Onu axtarmayın

 

Yenisindən ayrıldıqdan sonra keçmiş sevgiliyə qayıtmaq onsuz da çox axmaq hərəkətdir. Unutmayın, ondan da ayrılanda eyni kədəri yaşamışdınız.

 

Dinlədiyiniz mahnılara diqqət edin

 

Duyğusal mahnıları dinləməyin. Daha hərəkətli mahnılar dinləməyə çalışın. Romantik ifalar keçmiş xatirələri canlandırır.

 

Onu sosial şəbəkədə izləməyin

 

Sosial şəbəkələr hesablarında keçmiş sevgilinizin hər paylaşımından özünüzə pay götürməyin. Onu nə etdi deyə daim izləmək acınızı daha da artırar. Əgər özünüzə nəzarət edə bimirsinizsə, onu dostluq siyahısından silin, ya da hesabınızı bağlayın.

 

Sonsuzadək depresiyyada qalmaq fikrini unudun

 

Hər acı bir gün bitər. Heç bir sevgi üzüntüsü sonsuzadək davam etməz. Bunu etməklə gerçək sevgini əlinizdən qaçırmış olarsınız.

 

Yeni münasibət üçün tələsməyin

 

Acınızı yüngülləşdirmək üçün qarşınıza çıxan ilk şəxsə şans verməyin. Tələsik qərar versəniz, daha da üzülə bilərsiniz. Tələsməyin!

 

 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017